Güclü leysan səbəbindən şəlalə məcrasından çıxdı, qorxu yaratdı - VİDEO

Dağıstanda güclü leysan səbəbindən şəlalə məcrasından çıxaraq sakinlər arasında təlaşa səbəb olub.
Yenilik.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “BAZA” “Telegram” kanalı xəbər yayıb.
Qeyd olunur ki, yağışlar Şimali Qafqazın digər respublikalarına da təsir göstərib. İnquşetiyada yüksək hazırlıq rejimi elan olunub, 100-dən artıq evin daşqınlar altında qalacağı barədə xəbardarlıq edilib, sakinlərin təxliyyəsinə hazırlıq gedir.
Vladiqafqazda isə yerli sakinlər küçəyə çıxa bilmədiklərindən şikayət edirlər. Onların sözlərinə görə, küçələri su basıb.
[frame=https://baku.tv/embed/18273]