Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp BRICS-ə müharibə elan etdi

Tramp BRICS-ə müharibə elan etdi

Tramp BRICS-ə müharibə elan etdi
2025-01-21 , 17:51

ABŞ prezidenti Donald Tramp BRICS ölkələrinə ən azı 100 faizlik ticarət tarifləri tətbiq etməklə hədələyib.

Tramp Ağ Evdə bir sıra fərmanlar imzalayarkən müvafiq bəyanatla çıxış edib.
“Biz onların ABŞ-la etdikləri işlərə ən azı 100% tariflər tətbiq edəcəyik. BRICS-in nə olduğunu bilirsiniz, elə deyilmi? Bilirsiz”, - deyə o qeyd edib.
“Nə danışdığımı başa düşürsüz. Bu, hətta təhdid belə deyil. Əslində mən bunu artıq bəyan etmişəm. Bayden dedi ki, bizə başqa seçim qoymadılar. Mən isə: “Xeyr, biz onlara seçim qoymamışıq” - deyə bildirdim”, - deyə Tramp vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.