Yenilik.Az
www.Yenilik.Az » Dünya » Trampın arvadının heykəlinə hücum etdilər

Trampın arvadının heykəlinə hücum etdilər

Trampın arvadının heykəlinə hücum etdilər
2020-07-09 , 16:02

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın Sloveniyadakı heykəlinə hücum edilib. 

Yenisabah.az xəbər verir ki, yandırılan heykəl zərər görməsin deyə aradan götürülüb. Bildirək ki, ABŞ-da afro-amerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan etiraz aksiyaları zamanı bir çox heykələ hücum təşkil edilib. Sözügedən axın Avropaya sıçrayarkən bunun son nümunəsi Sloveniyada yaşanıb. 
Qeyd edək ki, heykəli düzəldən heykəltəraş Brad Douni heykəlin ABŞ-da Müstəqillik Günü, yəni 4 iyulda hücuma məruz qaldığını diqqətə çatdırıb. Ağ Evdən hələlik məsələ ilə bağlı açıqlama verilməyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.