Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp maska taxmağa razılaşdı

Tramp maska taxmağa razılaşdı

Tramp maska taxmağa razılaşdı
2020-07-10 , 13:26

Koronavirusdan ən çox ölüm halının qeydə alındığı ABŞ-da prezident Donald Tramp maska taxmağa söz verib.

Yenisabah.az xəbər verir ki, o, Uolter Rid adına hərbi hiospitala səfəri zamanı qoruyucu maskadan istifadə edəcəyini deyib. Vaşinqton ətrafındakı hospitalın ziyarəti bu gün baş tutmalıdır.
Bakupost.az yazır ki, Tramp maskadan istifadə müəyyən hallarda özünü doğrultduğunu deyib.
"Mən yaralı hərbçilərin müalicə edildiyi, eləcə də koronavirusla mübarizə apara tibb işçilərinin çalışdığı hərbi hospitala getməyi planlaşdırıram. Ora gedəndə maska taxmalı olacağam.
Düşünürəm ki, bu doğru addımdır".
O, qeyd edib ki, adamın özü və ətrafındakılar daima testdən keçirilirsə, ara məsafəsi gözlənilirsə maskaya ehtiyac yoxdur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.