Yenilik.Az
www.YENILIK.Az » Dünya » Tramp İraqa şərt qoydu: Əsgərlərimizin ölkədən çıxması üçün pul ödəməlisiniz

Tramp İraqa şərt qoydu: Əsgərlərimizin ölkədən çıxması üçün pul ödəməlisiniz

Tramp İraqa şərt qoydu: Əsgərlərimizin ölkədən çıxması üçün pul ödəməlisiniz
2020-01-12 , 13:56

Vaşinqtona Bağdadda tikilən hərbi bazalar və səfirliyin tikintisinə görə təzminat ödənməyincə ABŞ əsgərləri İraqı tərk etməyəcək. ABŞ prezidenti Donald Tramp bunu “Fox News” efirindən bəyan edib.



Buta.ws oxu.az-a istinadən xəbər verir ki, Trampın sözlərinə görə, İraq hakimiyyəti ABŞ qoşunlarının ölkədən çıxarılmasının vacibliyi ilə bağlı açıqlamalar verir, lakin qapalı iclaslarda bu məsələ qaldırılmır.



“Mən onlara dedim: “Əgər getsək, bizə pul ödəmək məcburiyyətində qalacaqsınız”, - deyə Ağ ev rəhbəri bəyan edib.



Təzminatı necə alacaqları məsələsinə gəlincə isə Tramp bunu İraqın ABŞ-ın bank hesablarındakı pulları ilə edəcəyini bildirib. Onun sözlərinə görə, söhbət hazırda ABŞ-da saxlanılan 35 milyard dollardan gedir.



“Düşünürəm ki, onlar ödəməyə razı olacaqlar. Əks təqdirdə, orada (İraqda) qalacağıq”, - deyə Tramp vurğulayıb.



Bundan əvvəl İraq parlamenti bütün xarici qoşunların ölkədən çıxarılmasına qərar vermişdi. Qərar iranlı general Qasım Süleymaninin ABŞ-ın hava hücumları nəticəsində Bağdadda öldürülməsi fonunda verilib.



Hazırda İraqda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və digər Avropa ölkələrinin hərbçiləri var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.