Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp əsəbiləşdi: "Hamı maska taxsa da, virus yox olmayacaq"

Tramp əsəbiləşdi: "Hamı maska taxsa da, virus yox olmayacaq"

Tramp əsəbiləşdi: "Hamı maska taxsa da, virus yox olmayacaq"
2020-07-19 , 11:40

Birləşmiş Ştatlar Prezidenti bütün amerikalılara tibbi maska taxmağı məsləhət görmək niyyətində deyil.

 
"Xeyr, mən istəyirəm ki, insanların müəyyən azadlığı olsun. Mən buna inanmıram, xeyr. Mən əgər hamı maska taxsa, bütün bunların yox olacağına dair bəyanatla razı deyiləm", - deyə Tramp ümummilli miqyasda maska taxmağı məsləhət görmək istəmirmi sualını cavablandırarkən bildirib.
 
"Bilirsiniz, maskalar da problemlər yaradır. Amma buna baxmayaraq, mən maskalara inanıram. Hesab edirəm ki, maskalar yaxşıdırlar", - deyə Tramp əlavə edib.
 
Tramp əsəbiləşdi: "Hamı maska taxsa da, virus yox olmayacaq"dünyada koronavirusa yoluxanların sayı 14107052-yə çatıb.
 
Məlumata əsasən virusa yoluxmuş 602657 nəfər vəfat edib, 7894890 xəstə isə sağalıb.
 
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 3 milyon 647 min 715 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 758001 yoluxma qeydə alınıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.