Yenilik.Az
www.YENILIK.Az » Dünya » “Bir-birlərinə yoluxdururlar” - Həyəcan təbili çalınan bu virusla bağlı bizdə hansı tədbirlər görülür?

“Bir-birlərinə yoluxdururlar” - Həyəcan təbili çalınan bu virusla bağlı bizdə hansı tədbirlər görülür?

“Bir-birlərinə yoluxdururlar” - Həyəcan təbili çalınan bu virusla bağlı bizdə hansı tədbirlər görülür?
2020-01-15 , 18:10

Çinin Uxan şəhərində koronavirusun yeni tipindən ilk ölüm halı qeydə alınıb, 40 nəfərə yaxın insan bu virusdan əziyyət çəkir, bir neçə yüz nəfər isə nəzarət altındadır.

Yanvarın 5-nə olan məlumata görə, 59 nəfər bu virusa yoluxulub. Yanvarın 9-da çinli ekspertlər ilkin olaraq müəyyən ediblər ki, xəstəliyə səbəb yeni növ koronavirusdur. Özbəkistan Xarici İşlər Nazirliyi Çinin Uxan şəhərində qeydə alınan virusla əlaqədar ÇXR-da olan və ya ora səfər etməyi planlaşdıran vətəndaşlarına xəbərdarlıq edib.



Məlumdur ki, bizneslə məşğul olan Azərbaycan vətəndaşlarının Çinin müxtəlif əyalətlərinə tez-tez səfər edir. Həmçinin Azərbaycana gələn çinli turistlərin də sayı get-gedə artır.

Bəs Azərbaycan Səhiyyə Nazirliyi bununla bağlı hansısa tədbir görməyi planlaşdırır? Bu virusun qarşısını almaq üçün hansı işlər aparılmalıdır? Nəzərə alsaq ki, bizneslə məşğul olan Azərbaycan vətəndaşlarının Çinin müxtəlif əyalətlərinə tez-tez səfər edir. Həmçinin Azərbaycana gələn çinli turistlərin də sayı get-gedə artır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinə müraciət etsəkdə, suallarımıza cavab verən olmadı.

“Yeni Sabah”a danışan tibb üzrə ekspert, professor Adil Qeybulla isə bildirib ki, bu çox təhlükəli virusdur:

“Viruslar həyatın qeyri-hüceyrəvi formasıdır. Bunlar canlı orqanizmin resusrslarından istifadə edərək, yayılırlar. Virusların hər biri müxtəlif xassələrə malikdir və həmin xassələrə uyğun olaraq özlərini müxtəlif cür aparırlar. Bu gün yayılan koronaviruslarla əlaqədar yəqin ki, bunlarla bağlı laboratoriya rəyləri var. Bu viruslar nidoviruslar qrupuna aiddir. Bunlar müxtəlif genotipə malikdirlər. Viruslar xüsusilə yuxarı tənəffüs yollarına yayılaraq, kəskin respirator xəstəliklərinə, qanın laxtalanmasında müxtəlif problemlərə və s. gətirib çıxara bilər.

Bu virus 1960-ci ildə soyuqdəyməsi olan xəsətələrin burun boşluğunda tapılıb. Ona görə də bu viruslar daha çox yuxarı tənəffüs orqanlarında parazitlik edən hansısa virusların forma dəyişdirməsidir. Araşdırma zamanı müəyyən ediblər ki, bu xəstələr bu virusu bir-birilərinə yoluxdururlar. Bunun müxtəlif simptomları ola bilər. Simptomlara yuxarı tənəffüs yollarını kəskin infeksiyası, pnevmaniya, bronxitə və hətta ölümə də gətirib çıxara bilər.

Adını çəkdiyimiz viruslar laboratoriyada çətin təyin olunan viruslardandır. Əgər artıq laboratoriyada təyin olunubsa, deməli bununla bağlı çox ciddi ölçülər götürülməlidir”.



A.Qeybulla bununla bağlı tədbir görülməsinin vacibliyini də vurğulayıb:

“Ümumiyyətlə, viruslar replikasiya olurlar, yəni formalarını dəyişirlər və əlbətdə ki, buna uyğun xassələrini də dəyişirlər. Buna görə karantin tədbirlər görülməlidir, əhali arasında təbliğat aparılmalıdır, maskalardan istifadə olunmalıdır. Əhali arasında sanitar maariflənmə aparılsa, daha yaxşı olar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.