Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp Baydeni ələ saldı

Tramp Baydeni ələ saldı

Tramp Baydeni ələ saldı
2020-09-04 , 14:16

ABŞ Prezidenti Donald Tramp rəqibi Co Baydeni polis tərəfindən güllələnən Ceykob Bleykin ailəsi ilə görüşərkən sanitar normaları pozmaqda ittiham edib.

Birləşmiş Ştatlar prezidenti bu barədə fikrini şəxsi “Twitter” səhifəsində yazıb.
“Gözəgörünməz Co təyyarədən enərək sarsılmış insanın əlini sıxaraq, onu yelləyir, sonra eyni əllə üzünə və maskasına toxunur”, - Baydenin polis tərəfindən güllələnərək iflic olan afroamerikalının ailəsi ilə görüşünü təsvir edən D.Tramp yazıb.
Tramp Baydenin soyadını məhz “gözəgörünməz” kimi qeyd edərək, rəqibinin pandemiya dövründə kütləvi tədbirlərdən yayındığına eyham vurub.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 4-də keçiriləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.