Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp edam cəzasına məhkum edilən güləşçinin müdafiəsinə qalxdı

Tramp edam cəzasına məhkum edilən güləşçinin müdafiəsinə qalxdı

Tramp edam cəzasına məhkum edilən güləşçinin müdafiəsinə qalxdı
2020-09-08 , 12:30

ABŞ prezidenti Donald Tramp İranın edama məhkum etdiyi məşhur güləşçi Navid Afkarini bir neçə gün əvvəl bu sözlərlə müdafiə edib:

"Tək davranışı hökumət əleyhinə nümayişlərdə iştirak etməkdir. Onu bağışlayıb edam etməsəniz, şad olaram".
İran hökuməti D.Trampın bu müraciətinə cavabı gecikdirməyib. Belə ki, İran dövlət televiziyası Afkarini bir nəfəri bıçaqla öldürdüyünü etiraf etdiyi 11 dəqiqəlik video yayımlayıb.  
Qeyd edək ki, İran 27 yaşındakı milli güləşçini 2018-ci ildə dövlət əleyhinə nümayişlərdə iştirak etdiyi üçün iki dəfə edam cəzasına məhkum edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.