Yenilik.Az
www.YENILIK.Az » Dünya » Tramp Xameneyini “qondarma lider” adlandırdı: “Sözlərinə yaxşı fikir ver!”

Tramp Xameneyini “qondarma lider” adlandırdı: “Sözlərinə yaxşı fikir ver!”

Tramp Xameneyini “qondarma lider” adlandırdı: “Sözlərinə yaxşı fikir ver!”
2020-01-18 , 17:52

Ayətullah Əli Xameneyi danışdığı sözlərdə çox diqqətli olmalıdır.

Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ dövlət başçısı Donald Tramp cümə günü İran İslam Respublikasının rəhbəri və mənəvi lideri haqda “Twitter” səhifəsində yazıb. Tramp eyni zamanda, Xameneyini “İranın qondarma lideri” adlandırıb:

“İranın son vaxtlar o qədər də yüksək olmayan qondarma ali lideri ABŞ və Avropa ilə bağlı xoşagəlməz sözlər danışıb. Onların iqtisadiyyatı çökür və xalqı əziyyət çəkir”.

Ağ Evin sahibi həmçinin İranın öz siyasətini dəyişməyə və yenidən respublikanı böyük etməyə çağırıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.