Yenilik.Az
www.YENILIK.Az » Dünya » Ukrayna Rusiya ilə barışır?

Ukrayna Rusiya ilə barışır?

Ukrayna Rusiya ilə barışır?
2020-01-20 , 16:06

Ukraynanın yeni Milli Təhlükəsizlik Strategiyası layihəsində Rusiya ilə gərginliyi yumşaltmaqla bağlı təkliflər yer alıb.

Milli Təhlükəsizlik Strategiyası layihəsində prioritet istiqamət ölkənin müstəqilliyi və dövlət suverenliyinin təmin olunması, insan kapitalın inkişafı, Avropa və Avroatlantik inteqrasiya, ərazi bütövlüyünün təmin olunması qeyd edilib.



Yaxın zamanlarda Strategiya müzakirəyə çıxarılacaq. Belə görünür ki, yeni prezident Zelenski Rusiya ilə danışıb anlaşmağa, gərginlyii yumşaltmağa çalışacaq. Bu isə Ukraynada birmənalı qarşılanmaya bilər.

Bu yumşalmanın Ukrayna üçün təsi, ümumilikdə regional vəziyyətə təsiri necə olacaq?

Ukrayna və Rusiya arasında münasibətlərin yumşalması bölgəyə nə vəd edir?

Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Mübariz Əhmədoğlu açıqlama verib. O, bildirib ki, ilk növbədə yumuşalma dedikdə Ukraynanın Rusiya ilə münasibətlərinə diqqətlə nəzər yetirmək lazımdır: “Məhz Rusiya-Ukrayna münasibətlərinin yumuşalmasından ötrü Ukraynada hansısa prezident və yaxud hansısa bir hakimiyyət özünü qurban verməlidir. Yəni, hansısa hakimiyyət Rusiya ilə münasibətlərin yaxşılaşmasında prezident kimi fəaliyyət göstərə bilər, bu, Ukraynanın indiki siyasi həyatında mümkündür. Yaxın 10-15 ildə də belə hakimiyyət orada mövcud olmayacaq. Çünki Ukraynada çox müxtəlif düşüncə tərzi, ümumiyyətlə ictimai və milli şüur çox parodoksal dərəcədə inkişaf etmiş kimi regionları var. Hətta, orada elə regionlar var ki, Rumınyanı, Macarıstanı belə qəbul etmirlər. Onlara da qarşı mədəniyyət, dil, tarixi iddialar irəli sürür. Ona görə də Ukrayna cəmiyyətinin yaxın vaxtlarda kiminləsə yumuşaq siyasət aparmasını, həmçinin Ukraynanın parçalanmasını da gözləmirəm. Çünki müəyyən qüvvələr var ki, Ukraynanın məhz parçalanmasına çalışırlar. Amma bütün Ukraynanın münasibətlərində ən əsas aparıcı faktor, onun Rusiya ilə münasibətidir. Bu gün Qərb də çalışır ki, Ukrayna Rusiya ilə münasibətləri normallaşsın. Elə başa düşürəm ki, Ukrayna ilə Rusiyanın münasibətləri normallaşmasa, Qərb Ukraynaya da axıra qədər dəstək verməyəcək. Bu aspektən Gürcüstanı misal göstərsək görərik ki ,Gürcüstan bu gün inkişafına görə bir neçə ölkədən də geri qalır. Regionda üçüncü dövlətə çevrilib. Səbəb ondan ibarətdir ki, MDB məkanındakı dövlətlərlə, xüsusilə Cənubi Qafqaz dövlətləri üçün hər baxımdan təhlükəsizlik, siyasi, iqtisadi baxımdan Rusiya ilə münasibətlər vacibdir. Tutaq ki, Gürcüstanla bağlı iki dəfə donor konfransı keçirildi və hər birində 5-6 milyard dollar pul vəd verildi amma gəlmədi. Çünki, heç kim Rusiyanın qorxusundan Gürcüstana iri investisiya qoymur. Yalnız xırda humanitar yardımlar reallaşdırılır. İndi o qaydada Dünya Bankı Ukraynaya da külli miqdarda pul vəd vermişdi. Amma sonra bu təxminən 2-3 milyard dollar ilə məhdudlaşdı. Yəni Ukrayna üçün 2-3 milyard dolar elə də böyük pul deyil. Buna görə də Rusiya ilə münasibətləri gərgin olan Ukrayna Qərb üçün o qədər də ciddi faktor kimi qəbul olunmur. Onda nəzərə alınmalıdır ki, Ukrayna Avropa qitəsinin kiçik hissəsidir. Eyni zamanda Ukraynadakı gərginlik elə Avropanın daxilindəki gərginlikdir. Ona görə də Qərb dövlətlərinə maraqlıdır ki, gərginlik onların ərazisinə daxil olmasın, xüsusilə Ukrayna vasitəsilə. Ukraynanın Rusiya ilə münasibətləri yumuşaltma strateji konsepsiyası doğru, düzgün konsepsiyadır. Amma o konsepsiyadan ötrü özünü fəda edən prezident, hakimiyyət lazımdır. Zelinski bu yolu seçəcək və yaxud seçməyəcək, bunu da gözləmək lazımdır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.