Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ermənistanın SU-25 qırıcısı dağa belə çırpıldı – VİDEO

Ermənistanın SU-25 qırıcısı dağa belə çırpıldı – VİDEO

Ermənistanın SU-25 qırıcısı dağa belə çırpıldı – VİDEO
2020-09-30 , 19:08

Ermənistan Silahlı Qüvvələrinə məxsus SU-25 qırıcısı dağa çırpılıb.


Türkiyənin "A haber" kanalının bölgədə olan jurnalistlərinin kameralarına tuş gələn görüntülərdə dağa çırpılan Ermənistan qırıcısından paraşütlə tullanan erməni hərbçisi görüntülənib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bildirdiyinə görə, sentyabrın 29-da Ermənistanın ərazisində iki "Su-25" tipli təyyarə havaya qalxıb:

"Hər iki təyyarə dağa dəyərək partlayıb və məhv olub. Bu da onu göstərir ki, Ermənistanın hərbi rəhbərliyi öz vətəndaşlarına, ictimaiyyətinə düzgün məlumat vermir. Yaxşı olardı ki, Ermənistanın hərbi rəhbərliyi ikinci təyyarə və onun pilotu barədə də məlumat verərdi, nəinki başqa hansısa tərəfləri ittiham edərdi. Ermənistanın guya münaqişədə üçüncü tərəfin iştirak etməsi barədə açıqlamaları tamamilə cəfəngdir və bunun heç bir əsası yoxdur. Bu, Ermənistanın diqqəti özünün təcavüzkar siyasətindən yayındırmaq cəhdlərindən başqa bir şey deyil. Ona görə də Ermənistanın ərazisindən iki ədəd "Su-25" təyyarəsini hansı məqsədlə qalxması və hansı şəraitdə dağa çırpılaraq partlaması, pilotların həlak olması məsələsini araşdıraraq Ermənistan ictimaiyyətinə məlumat vermələrini tövsiyə edirik".


Sözügedən görüntüləri təqdim edirik.







Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.