Yenilik.Az
www.Yenilik.Az » Dünya » Putin və Makron Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə ediblər

Putin və Makron Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə ediblər

Putin və Makron Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə ediblər
2020-10-01 , 08:45

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb. 

 
İnterAz-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin qəflətən gərginləşməsi ətraflı müzakirə olunub. 
 
Telefon danışığında genişmiqyaslı hərbi əməliyyatların davam etməsi ilə bağlı ciddi narahatlıq ifadə olunub. Vladimir Putin və Emmanuel Makron münaqişə tərəflərini tez bir zamanda və atəşi tamamilə dayandırmağa, gərginliyin deeskalasiyasına və maksimal dərəcədə təmkinlik göstərməyə çağırıblar.
 
Dağlıq Qarabağ böhranının siyasi-diplomatik yolla həllinin alternativsiz olduğu qeyd olunub. Bu məzmunda, hər şeydən əvvəl ATƏT-in Minsk Qrupu formatı çərçivəsində gələcək əməkdaşlığın konkret parametrlərinə baxılıb.
 
Tərəflər silahlı qarşıdurmaya dərhal son qoyulması və danışıqlar prosesinin bərpasının xeyrinə Minsk Qrupunun həmsədr dövlətləri (Rusiya, Fransa və ABŞ) liderləri adından bəyanat verməyə hazır olduqlarını bildiriblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.