Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ermənistanda “qadın batalyonu” yaradılır

Ermənistanda “qadın batalyonu” yaradılır

Ermənistanda “qadın batalyonu” yaradılır
2020-10-01 , 09:19

"Qızların əksəriyyəti şəkillərini çəkməməyi və hətta adlarını açıqlamamağı xahiş ediblər, çünki cəbhəyə yazılmağa qardaşlarından, ata və ərlərindən gizli gəliblər".

Virtualaz.org-un məlumatına görə, bunu “Sputnik-Armeniya” yaxın günlərdə Qarabağdakı döyüş meydanlarına atılacaq xüsusi qadın batalyonunun yaradılması haqda yaydığı xəbərdə bildirib.
Bildirilir ki, qadın batalyonuna yazılanların qeydiyyatı Ermənistan Müdafiə Nazirliyi yanında İctimai Şurada aparılır.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Qarabağın döyüş meydanlarında minlərlə erməni əsgərinin öldüyü barədə məlumat yayıb.
Məgər Ermənistanda silah götürməyə hazır olan oğlan və kişi qalmayıb? Doğrudanmı Paşinyan döyüş meydanlarını gah əli avtomatlı həyat yoldaşına, gah da xüsusi qadın batalyonuna etibar etməli olur? Həqiqətənmi, artıq silaha sarılası kişilər qalmayıb?
Xüsusi qadın batalyonunun formalaşması barədə məlumat Ermənistan Müdafiə Nazirliyi tərəfindən sosial şəbəkələrdə yerləşdirilib. Batalyona isə erməni milisinin podpolkovniki Marina Ayrumyan başçılıq edir.
Maraqlıdır ki, qadın batalyonuna yazılanlar arasında erməni əsilli iranlı, 35 yaşlı Anqina İsanyan da var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.