Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir - MN

Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir - MN

Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir - MN
2020-10-01 , 13:43

Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.


Bu, barədə Müdafiə nazirliyi məlumat yayıb.

Məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir.

Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə çatdırmaqdan imtina edirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.