Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ermənilərin törətdiyi Naftalan faciəsi rusiyalı jurnalisti dəhşətə gətirdi - VİDEO

Ermənilərin törətdiyi Naftalan faciəsi rusiyalı jurnalisti dəhşətə gətirdi - VİDEO

Ermənilərin törətdiyi Naftalan faciəsi rusiyalı jurnalisti dəhşətə gətirdi - VİDEO
2020-10-21 , 15:24

Rusiyalı jurnalist Vasili Polonski cəbhəyanı bölgələri gəzdikcə gördüklərindən dəhşətə gəlib.

Jurnalist dinc sakinlərin atəşə tutulmasından xəbərsiz olduğunu bildirib.
Ermənilərin Naftalana atdığı top atəşi nəticəsində baş verən ailə faciəsi jurnalisti sarsıdıb.
Xatırladaq ki, 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan şəhərinin Qaşaltı kəndinin sakini, 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar.







Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.