Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ermənistanda döyüşlərdə öldürülən hərbiçilər "koronavirus qurbanı" kimi təqdim olunur

Ermənistanda döyüşlərdə öldürülən hərbiçilər "koronavirus qurbanı" kimi təqdim olunur

Ermənistanda  döyüşlərdə öldürülən hərbiçilər "koronavirus qurbanı" kimi təqdim olunur
2020-10-21 , 15:31

Ermənistan hakimiyyəti erməni əhalisini aldatmağa davam edir.

Yenilik.az demokrat.az-a istinadla xəbər verir ki, indi də Ermənistan hökuməti Qarabağ döyüşlərində öldürülən hərbiçilərini "Covid-19"-dan ölən şəxslər kimi öz əhalisinə təqdim edir. Artıq minlərlə öldürülmüş erməni hərbiçinin adı Ermənistanın koronavirusdan vəfat etmiş şəxslərinin siyahısına əlavə edilib. 
Müqayisə üçün qeyd edək ki, Ermənistan hökumətinin rəsmi açıqladığı siyahıda sentyabrın 27-dən bəri Qarabağ döyüşləri dövründə koronavirusdan vəfat etmiş şəxslərin siyahısında qəfil artım qeydə alınıb. Belə ki, döyüşlərin ən qızğın dövründə Ermənistanda koronavirusa yoluxanların sayı gün ərzində birdən-birə 1836 nəfərə, ölənlərin sayı isə 1100 nəfərə çatıb. 
Rusiya KİV-ləri Ermənistan hökumətinin açıqladığı sözügedən rəqəmlərin saxta olduğunu, ölənlərin koronavirusdan deyil, Qarabağ döyüşlərində olduğunu qeyd edib.   

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.