Yenilik.Az
www.Yenilik.Az » Dünya » 2021-ci ilin ilk 6 ayı karantin olacaq - Bədbin proqnoz

2021-ci ilin ilk 6 ayı karantin olacaq - Bədbin proqnoz

2021-ci ilin ilk 6 ayı karantin olacaq - Bədbin proqnoz
2020-10-30 , 17:56

Koronavirus pandemiyasında daha da batan Avropa ölkələri ard-arda koronavirusla əlaqədar 5-6 aylıq fövqəladə rejim və karantin müddətinə keçdiyini elan edir.

Hələ ki, Türkivə və MDB dövlətləri 2021-ci ili əhatə edən qərar verməyib. Amma bu ölkələr də dünyada hadisələrin gedişatından kənarda deyil.
Artıq İspaniyada fövqəladə vəziyyət rejimi mayın 9-na qədər uzadılıb.
Baş nazir Pedro Sançesin təşəbbüsünə konqresin 194 üzvü müsbət yanaşıb. 53 deputat qərarın əleyhinə səs verib, 99 nəfər səsvermədə bitərəf mövqe nümayiş etdirib.
Mütəxəssislər, elan olunub-olunmamasından asılı olmayaraq, 2021-ci illin ilk 6 ayının pandemiya şəraitində karantin rejiminin qaçırlmaz olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycanda karantin rejimi bir ay olmaqla hissə-hissə uzadılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.