Yenilik.Az
www.Yenilik.Az » Dünya » "Nikol Paşinyan ölkəni ruhi xəstəxanaya, bizi isə xəstələrə çevirib"

"Nikol Paşinyan ölkəni ruhi xəstəxanaya, bizi isə xəstələrə çevirib"

"Nikol Paşinyan ölkəni ruhi xəstəxanaya, bizi isə xəstələrə çevirib"
2020-10-31 , 13:24

Sosial şəbəkələrdə Ermənistanın Baş naziri Nikol Paşinyanın ruhi xəstə olması ilə bağlı  faktlar dolaşmaqdadır. İnternet məkanında Paşinyana Krasnodar Şəhər Psixiatriya Xəstəxanasının dispanser şöbəsindən verilən arayışın fotoşəkili yayılıb. 2001-ci il tarixli arayışda Nikol Vovayeviç Paşinyanın adı yazılmaqla, onun dispanser qeydiyyatına düşdüyü və sənədin Krasnodar şəhər prokurorluğuna təqdim olunması üçün verildiyi qeyd edilir.

Bu arayışın nə üçün verildiyi tarixə məlum olmasa da, Paşinyanın istər beynəlxalq platformalarda istərsə də, kütləvi informasiya vasitələrindəki  çıxışları zamanı  onun davranışlarında, üz ifadələrində, mimikasında və ritorikasında bu insanın zehni problemlərlə üz-üzə qaldığı aydın şəkildə görünür.
“Nikol Paşinyan ölkəni ruhi xəstəxanaya, bizi isə xəstələrə çevirib. Onun bir anormallığının dalınca dərhal digər biri gəlir” – erməni  siyasətçi Gurgen Yegiyazaryan bunu deyir. Bir sıra erməni ekspertləri və psixiatrları da etiraf edir ki, Ermənistanın baş nazirində tibbi müdaxilə tələb edən, çoxsaylı zehni xəstəliklərin əlamətləri sezilməkdədir.
Özünü doğrultmayan emosionallıq və qəzəb,  hərəkətlərinin nəticələrini hesablaya bilməmək qabliyyəti, reallıqdan uzaqlıq, məhdud intellekt, son dövrlər erməni cəmiyyəti ölkə liderlərini məhz belə xarakterizə edir.
İş o yerə çatıb ki, Change.org İnternet platformasında Nikol Paşinyanın psixiatrik müayinəsinin təşkil olunmasını tələb edən petisiya yaradılıb. Erməni mediasında və sosial şəbəkələrin erməni seqmentində də hazırki baş nazirin reytinqlərinin aşağı olduğunu yazır. Bir sözlə bu Paşinyanın bugünki uğursuz portretidir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.