Yenilik.Az
www.Yenilik.Az » Dünya » Putin narahatdır: Bu problemlər dərhal həll edilməlidir

Putin narahatdır: Bu problemlər dərhal həll edilməlidir

Putin narahatdır: Bu problemlər dərhal həll edilməlidir
2020-11-19 , 09:25

Ölkənin bəzi bölgələrində koronavirusla bağlı vəziyyət çətindir.

Bunu Rusiya Prezidenti Vladimir Putin hökumət nümayəndələri ilə görüşündə bildirib.

"Ölkədə koronavirusa yoluxma artmaqdadır. Virusdan ölənlərin sayının da artması narahatlıq yaradır", - Putin deyib.

Bəzi apteklərdə dərman çatışmazlığı, həkimlərin COVİD-19 xəstələrinə gec müdaxilə etməsi və ağır xəstələrin xəstəxanalarda müalicə olunmaması kimi problemlərin olduğuna diqqət çəkən Putin bu problemlərin dərhal həll edilməli olduğunu qeyd edib.///Axar.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.