Tramp əsəbiləşdi: “Bu lənətə gəlmiş çuxura nifrət edirəm” - VİDEO

Bu barədə TMZ agentliyi məlumat yayıb.
Birləşmiş Ştatlar prezidenti qolfu Virciniya ştatında yerləşən şəxsi meydanında oynayıb.
D.Tramp uzun müddət topu çuxura sala bilməyib.
Əsəblərinə hakim ola bilməyən siyasətçi var gücü ilə zərbə endirib və top yaxınlıqdakı gölə düşüb.
“Lənətə gələsən... Bu lənətə gəlmiş çuxura nifrət edirəm”, deyə D.Tramp şikayətlənib.
Əsəbləri gərilən siyasətçi qolf çubuğunu ataraq sahəni tərk edib.