Yenilik.Az
www.Yenilik.Az » Dünya » Çindən sensasion iddia: COVİD-19 Uhandan yox, bu ölkələrdən yayılıb

Çindən sensasion iddia: COVİD-19 Uhandan yox, bu ölkələrdən yayılıb

Çindən sensasion iddia: COVİD-19 Uhandan yox, bu ölkələrdən yayılıb
2020-11-28 , 09:07

COVID-19-un ilk yayıldığı ölkə kimi tanınan Çin bu iddiaları rədd edib.


Demokrat.az xəbər verir ki, məlumat iqtidar mediası olan “People's Daily” ("Xalqın Gündəliyi") qəzetində yer alıb.

Çin Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzinin keçmiş rəhbəri Zeng Guangın fikirlərinə əsaslanan məqalədə virusun ölkəyə idxal olunan dondurulmuş ərzaq məhsulları vasitəsilə gəldiyi bildirilib:

“Virusun ilk dəfə harada və nə zaman yayılmağa başladığını bilmək bütün sualların cavabı deyil. Məlum olur ki, virus Uhan şəhərində aşkar edilməmişdən əvvəl dünyanın müxtəlif yerlərində mövcud olub”.

Zeng Guang virusun ilk dəfə Çində aşkarlanmasının əsas səbəbini ölkənin SARS virusu ilə mübarizə üçün qurduğu "epidemiya əleyhinə sistem"in uğuru kimi qiymətləndirib.

Sabiq dövlət rəsmisinin açıqlamasındakı ən təəccüblü detallardan biri də epidemiyanın izlərinin əvvəllər İspaniya və İtaliyada görülməsi olub. Zeng İtaliyanın Milli Xərçəng İnstitutunun yayımladığı bir məqaləyə istinadən bildirib ki, keçən ilin oktyabr ayında ölkəyə aparılmış xərçəng xəstələrinin nümunələrində COVID-19 antikoru tapılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.