Yenilik.Az
www.YENILIK.Az » Dünya » Ölümcül xəstəliyin mənbəyi bilindi

Ölümcül xəstəliyin mənbəyi bilindi

Ölümcül xəstəliyin mənbəyi bilindi
2020-01-28 , 12:28

Ölümcül xəstəliyin mənbəyi təsdiqlənib.


Milli.Az Nyu-York Post-a istinadla xəbər verir ki, Çində yayılan ölümcül koronavirusun heyvanlardan insanlara keçdiyi dəqiqləşib.

Bir neçə gün əvvəl xəstəliyin yarasa supu vasitəsi ilə keçdiyi iddia olunsa da, təsdiqini tapmayıb.

Xinhua informasiya agentliyinin məlumatına görə, virus Çinin Vuxan şəhərində yerləşən "Huanan Seafood Wholesales Market"dəki (Huanan dəniz məhsulları topdan satış mərkəzi) heyvanlardan insanlara yoluxub.

Hazırda bağlanan satış mərkəzində əvvəllər tülkü, siçan, tovuzquşu, canavar və başqa heyvanlar da satılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.