Qalmaqallı ölüm: koronavirus peyvəndi hazırlayan həkimi 14-cü mərtəbədən atdılar

Koronavirus peyvəndi üzərində çalışan 45 yaşlı alim Aleksandr Kaqanskinin müəmmalı ölümü Rusiyada qalmaqala səbəb olub.
Hadisə ilə bağlı cinayət işi başlanılıb. Polis Kaqanskinin 14-cü mərtəbədən düşmədən öncə evdə bir adamla əlbəyaxa olduğunu ehtimal etdiklərini açıqlayıb.
Həkimin peyvənd istehsalı ilə məşğul olan şirkətlər tərəfindən öldürüldüyü ilə bağlı iddialar var.