Yenilik.Az
www.Yenilik.Az » Dünya » Çin Türkiyəyə satdığı maskaları geri istəyir - Qızıldan qiymətli oldu

Çin Türkiyəyə satdığı maskaları geri istəyir - Qızıldan qiymətli oldu

Çin Türkiyəyə satdığı maskaları geri istəyir - Qızıldan qiymətli oldu
2020-01-31 , 13:28

Çin Türkiyəyə satdığı maskaları geri tələb edib.


“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, buna səbəb ölkədə koronavirusa görə maska tələbinin artması, istehsalın isə ehtiyacı qarşılamamasıdır.

Türkiyədəki dərman şirkətlərindən birinin sahibi olan Erhan Demirel bildirib ki, hazırda Çindən aldıqları maskaları bu ölkəyə satmağa başlayıblar:

“İnsanlar qiymətini yox, maskanın olub-olmadığını soruşurlar. Maskanı hətta 2-3 qatı baha qiymətə satanlar var. Hazırda Çində maskanın qızıldan daha dəyərli olduğunu deyə bilərəm. Bu gün 300 min maskanı təkrar Çinə göndərəcəyik”.

Qeyd edək ki, dünyanın ən böyük maska istehsalçısı Çindir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.