Yenilik.Az
www.Yenilik.Az » Dünya » Sabiq erməni liderləri Qarabağa görə 3.27 milyard pul xərcləyib - VİDEO

Sabiq erməni liderləri Qarabağa görə 3.27 milyard pul xərcləyib - VİDEO

Sabiq erməni liderləri Qarabağa görə 3.27 milyard pul xərcləyib - VİDEO
2021-04-14 , 15:17

I Qarabağ müharibəsindən sonra təxminən 3.27 milyard dollar vəsait işğal edilmiş ərazilərin minalanmasına, səngərlərin və digər hərbi mənşəlli obyektlərin inşaasına, eyni zamanda Robert Köçəryanın və Serj Sarkisyanın  12 ölkədəki bank hesabına köçürülüb.

 
Sfera.az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında siyasi şərhçi Elçin Alıoğlu deyib. O bildirib ki, bu vəsaitin çox az hissəsi ermənilərin Qarabağda möhkəmlənməsinə sərf olunub:

"Birinci Qarabağ müharibəsindən sonra ermənilər Azərbaycanın işğal edilmiş ərazilərini viran qoyub. Məhz bu səbəbdən onlar xarici müşahidəçiləri, əcnəbiləri oraya buraxmaq istəmirdilər. Eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan erməni diasporunun,  maliyyə, siyasi və ictimai təşkilatlarının Ermənistana humanitar yardım adı ilə göndərdiyi külli miqdarda maliyyə vəsaiti işğal edilmiş ərazilərimizdə müdafiə istehkamına, mina sahələrinin və digər hərbi tipli obyektlərin inşaasına xərclənib. Bu vəsait təxminən 3.27 milyard dollardır. Onun çox az qismi Qarabağda işğalın möhkəmləndirilməsinə xərclənib, yerdə qalan hissəsi isə Robert Köçəryanın, Serj Sarkisyanın və onların ailə üzvlərinin bank hesabına köçürülüb. Bu səbəbdən həmin şəxslər yenidən hakimiyyətə qayıtmaq istəyirlər. Çünki Ermənistanda maliyyə istintaqı aparılarsa, onlar bütün sərvətlərindən məhrum ola bilərlər”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.