Yenilik.Az
www.Yenilik.Az » Dünya » “Tarzan” rolunu oynamış aktyor aviaqəzada öldü - VİDEO

“Tarzan” rolunu oynamış aktyor aviaqəzada öldü - VİDEO

“Tarzan” rolunu oynamış aktyor aviaqəzada öldü - VİDEO
2021-05-31 , 08:47

Amerika aktyoru, "Tarzan: macəraların tarixi" (“Tarzan: The Epic Adventures”, 1996-2000), teleserialında baş rolu oynamış Cozef Lara ABŞ-ın Tennessi ştatında baş vermiş təyyarə qəzasında həlak olub.

Report xəbər verir ki, bu barədə Rezerford dairəsi administrasiyasının saytında yayılmış açıqlamada bildirilir.
Qeyd edək ki, hadisə şənbə günü baş verib. Kiçik mühərrikli “Cessna C501” təyyarəsi ştatın şimalında gölə düşüb, qəza zamanı yeddi nəfər həlak olub. Hakimiyyət orqanlarının məlumatına görə, ölənlər arasında Lara, həmçinin onun xanımı Qven Şamblin də var. Qadın ABŞ-da məşhur dietoloq idi.

Lara həmçinin "Malibu xilasediciləri" ("Baywatch", 1989-2001) və "Konan" ("Conan", 1997-1998) seriallarında çəkilib.
Təyyarə Tennessidən Florida ştatına uçurmuş. Lakin sımaya qalxdıqdan qısa müddət sonra yerə düşüb. Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.