Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp: "Çin koronavirus səbəbilə dünyaya 10 trilyon dollar təzminat ödəməlidir"

Tramp: "Çin koronavirus səbəbilə dünyaya 10 trilyon dollar təzminat ödəməlidir"

Tramp: "Çin koronavirus səbəbilə dünyaya 10 trilyon dollar təzminat ödəməlidir"
2021-06-07 , 15:06

ABŞ-ın eks-prezidenti Donald Tramp Çinin ABŞ da daxil olmaqla bütün dünyaya 10 trilyon dollar məbləğində təzminat ödəməli olduğunu qeyd edib.

 
Sfera.az xəbər verir ki, o, bu haqda üzvü olduğu Respublikaçılar Partiyasının qurultayında çıxış edərkən danışıb.

Uzun müddətdən sonra səssizliyini pozan və siyasi səhnəyə qayıdan D. Tramp digər ölkələri Pekinə olan borclarını ödəməməyə çağırıb.

D. Tramp, həmçinin çıxışında ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Faucini koronavirus pandemiyası ilə mübarizə formasına görə sərt tənqid edib.

O, ABŞ vətəndaşlarından maska taxmağı tələb edən A. Faucininin koronavirusun Çinin Vuhan şəhərindəki laboratoriyalardan birindən sızması nəzəriyyəsinə qarşı olmasını da tənqid edib.

D. Tramp A. Faucinin həkim deyil, təşkilatçı olduğunu diqqətə çatdıraraq onun televiziyalarda çıxış etdiyi bütün mövzularda yanıldığını söyləyib.

Qeyd edək ki, koronavirusun mənşəyi ABŞ-da mübahisəli məsələ olaraq qalır və ABŞ kəşfiyyat orqanları tərəfindən araşdırılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.