Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ronaldo bir hərəkəti ilə "Coca-Cola"nı 4 milyard zərərə uğratdı - VİDEO

Ronaldo bir hərəkəti ilə "Coca-Cola"nı 4 milyard zərərə uğratdı - VİDEO

Ronaldo bir hərəkəti ilə "Coca-Cola"nı 4 milyard zərərə uğratdı - VİDEO
2021-06-16 , 16:29

Ulduz futbolçu Kristiano Ronaldo Portuqaliya - Macarıstan matçı öncəsi təşkil edilmiş mətbuat konfransında qarşısında olan "Coca-Cola" şüşəsini götürərək yerinə su butulkası qoyması hələ də müzakirə mövzusudur. Onun bu hərəkəti haqda dünya mətbuatında, həmçinin sosial mediada ciddi danışılıq.


Ölkə.Az İspaniyanın "Marca" nəşrinə istinadən xəbər verir ki, suyu göstərərək "bu, kifayətdir" deyən Ronaldonun bu davranışı turnirin sponsorlarından biri olan şirkətə ciddi maddi ziyan vurub.
Belə ki, "Coca-Cola"nın səhmləri xeyli ucuzlaşıb və şirkətin bazar kapitalizasiyası 4 milyard dollar itirib.
Xatırladaq ki, Ronaldo daha əvvəl qazlı içkilərə qarşı olduğunu açıqlamışdı. O, oğlunun Coca-Cola və Fanta içdiyini, çips yediyini söyləmişdi, lakin övladının bu vərdişlərdən uzaq tutmağa çalışdığını demişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.