Yenilik.Az
www.Yenilik.Az » Dünya » İbrahim Rəisi İranın yeni prezidenti seçildi

İbrahim Rəisi İranın yeni prezidenti seçildi

İbrahim Rəisi İranın yeni prezidenti seçildi
2021-06-19 , 13:09

İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində iştirak etmiş 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini qazanaraq qalib gəlib.


"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Seçki Qərargahı məlumat yayıb.

Xatırladaq ki, əvvəlcə İran prezidenti vəzifəsi uğrunda 7 namizəd mübarizəyə qoşulsa da, sonradan onlardan üçü namizədliyini geri götürmüşdü. Əsas mübarizə İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, digər iki mühafizəkar siyasətçi - Məsləhət Şurasının katibi Möhsün Rzayi və İran parlamentinin vitse-spikeri Əmir Hüseyn Kazizade Haşimi, həmçinin İran Mərkəzi bankının keçmiş rəhbəri Əbdülnaser Hemmati arasında gedib.

İranın hazırki prezidenti Həsən Ruhani ikinci müddəti tamamladığına görə seçkilərdə iştirak etmir. Ekspertlər İranın ali lideri Əli Xaməneinin İbrahim Rəisini dəstəklədiyini bildirirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.