Tarixin ilk şimpanze cinayəti: Qorillalarla müharibə başlayır – Alimlər şokda

Tarixin ilk şimpanze cinayəti: Qorillalarla müharibə başlayır – Alimlər şokda Tarixdə ilk dəfə alimlərin gözü qarşısında bir qrup şimpanze qorillalara hücum edərək onların balasını öldürüb.

Qaynarinfo xəbər verir ki, bu haqda "Daily Star” yazıb. Müşahidə Qabonun Loanqo Milli Parkında aparılıb.

İyirmi şimpanze qrupu beş qorilla ailəsini mühasirəyə alıb. Onlar körpəni anasından qopararaq məqsədyönlü şəkildə döyməyə, tapdalamağa başlayıblar.
Yerdə qalan başqa bir körpə qorilla qaçmağa çalışıb, lakin şimpanzelər onun arxasınca qaçıb. Şimpanzelər körpəyə zərbələr endirib, qışqırıb, ulayıblar. Xoşbəxtlikdən bu qorilla qaçmağı bacarıb.

Elm adamları gördüklərindən şoka düşüblər. Onlara görə, qorilla və şimpanze bu günə qədər dinc yaşayıb. Ancaq indi mənbələr uğrunda mübarizəyə başlayıblar. Yemək üçün heç bir şey olmadığından bir-birlərini məhv edirlər.

Mütəxəssislər bu cür qarşıdurmaların tez-tez baş verəcəyini proqnozlaşdırırlar. İqlimin istiləşməsi qida bazasının azalmasına səbəb olub. Beləliklə, qida uğrunda mübarizə başlayır.
 

Geri qayıt