UEFA rusiyalı hakimləri də avrokuboklardan uzaqlaşdırdı

UEFA rusiyalı hakimləri də avrokuboklardan uzaqlaşdırdı UEFA nümayəndələri  avrokubok oyunlarına rusiyalı hakimləri hələ ki, təyin etməmək qərarına gəlib. Yenisabah.az xəbər verir ki, bu barədə "R-Sport" məlumat yayıb. Məlumatda yazılıb ki, sanksiyalar hələ avrokubok oyunlarına təyinat almayan rusiyalı hakimlərə də təsir edib. UEFA qeyd edib ki, indi Rusiyadan olan hakimlərin xaricə getməsi çox çətin olacaq.
Xatırladaq ki, bundan əvvəl FİFA və UEFA Ukraynadakı vəziyyətə görə Rusiya klublarını və milli komandanı növbəti qərara qədər beynəlxalq oyunlardan kənarlaşdırmışdı.(qol.az)

Geri qayıt