Bayden xərçəngə tutulduğunu açıqladı

Bayden xərçəngə tutulduğunu açıqladı ABŞ prezidenti Co Bayden böyüdüyü bölgədə ətraf mühitin çirklənməsi səbəbindən xərçəng xəstəliyinə tutulduğunu bildirib.
O, bunu Massaçusetsdə iqlim dəyişikliyinin yaratdığı böhranın nəticələri ilə mübarizə mövzusunda çıxışı zamanı deyib.
“Biz Delaverə köçəndə mən bir binada yaşayırdım və yolun bir qədər aşağısında getdiyim kiçik bir məktəb var idi. Anam bizi piyada getməməyimiz üçün maşınla aparırdı. İlk şaxtalar vaxtı bilirsinizmi nə baş verirdi? Avtomobilin şüşəsindəki yağ ləkələrini yumaq üçün şüşə silənləri işə salmalı olurduq. Ona görə də məndə və birlikdə böyüdüyüm bir çox başqa insanlarda xərçəng var. Və buna görə də uzun müddət Delaver ştatında ölkə üzrə ən yüksək xərçəng göstəricisi olub” – deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Bayden hələ prezidentliyə qədər dərisindəki şişlərin çıxarılması üzrə əməliyyat keçirib. ABŞ rəhbərinin çıxışında indiki zamanda danışması isə ehtimal ki, yanlışlıq olub.

Geri qayıt