Ermənistanda deputat mandatından imtina edir

Ermənistanda deputat mandatından imtina edir Ermənistan parlamentində “Ermənistan” blokundan olan deputat Aram Vardevanyan mandatından imtina etmək istəyirir.
Yenilik.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qəzet ötən həftə bir çox müxalifət deputatlarının parlamentə qayıtdığını, lakin Vardevanyanın Milli Assambleyaya gəlmədiyini qeyd edib. Aram Vardevanyan Robert Köçəryanın vəkili olub. O, müxalifətin parlamentə qayıtmasına qarşı çıxanlardan biridir. Onun kimi Vahe Akopyan və digər fraksiya üzvləri də geri qayıtmağın əleyhinədirlər və keçən həftə parlamentə gəlməyiblər. lakin A. Vardevanyandan fərqli olaraq öz mandatlarından imtina etmək fikrində deyillər.

Geri qayıt