Koronavirusa yoluxmuş baş həkim kabinetində təcrid olundu - TIBBI HEYƏT YOXLANILIR

Koronavirusa yoluxmuş baş həkim kabinetində təcrid olundu - TIBBI HEYƏT YOXLANILIR Moskvada koronaviruslu xəstələrin müalicəsi üçün ayrılmış Komunarka xəstəxanasının virusa yoluxmuş baş həkimi bütün tibb heyəti ilə kontaktda olub.

Buna görə bütün heyətin test olunması və karantinə alınması məsələsi müzakirə olunur.

Medicina.az xəbər verir ki, koronavirus testi müsbət çıxan baş həkim Denis Proçenko bu barədə özü məlumat verib və özünü təcrid edərək kabinetindən çıxmır. O, müalicələri distension təyin edir. Həkim özünü normal hiss etdiyini bildirir.

Bir həftə əvvəl bu xəstəxananı Putin ziyarət etmişdi və baş həkimlə iclas keçirmişdi.
Hazırda Kommunalka xəstəxanasının bütün tibbi heyətinin test olunaraq nəticələrin gözlənilməsi və ya hamının karantinə alınması barədə qərar müzakirə olunur. Çünki baş həkim tibbi heyətin yarıdan çoxu ilə hər gün sıx kontaktda olub.
Geri qayıt