İranda korona ilə bağlı maraqlı TƏDBİR - “Əzrail” kostyumları - VİDEO

İranda korona ilə bağlı maraqlı TƏDBİR - “Əzrail” kostyumları - VİDEO İranda Xuzistan ostanının Xürrəmşəhr şəhərində bələdiyyə əməkdaşları yeni tip koronavirusla mübarizəyə diqqət çəkmək üçün “Əzrail” kostyumları ilə insanlara xəbərdarlıq edib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Xürrəmşəhr bölgəsindəki Səfayi bazarında üstündə “Korona” yazılan “Əzrail”i təmsil edən kostyumlar geyinən bələdiyyə əməkdaşları əhaliyə səsgücləndiricilərlə sosial məsafə və izolyasiyanın əhəmiyyətindən bəhs edib.
[frame=//player.bax.tv/97885.html]
Geri qayıt