İranda KİV nümayəndələrinin həbsi davam edir

İranda KİV nümayəndələrinin həbsi davam edir İranın Məhkəmə Hakimiyyətinin sözçüsü heç bir media nümayəndəsinin peşə fəaliyyətinə görə saxlanılmadığını iddia etsə də, məhkəmə orqanları son 24 saat ərzində Tehranda ən azı üç qadın jurnalisti həbs ediblər.
Yenilik.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Təşkilatı və jurnalistlərin yaxınlarına istinadla xəbər verib.
Məlumata görə, yanvarın 22-də Tehranda Məlika Haşimi, Səidə Şəfii, Mehrnuş Zarei adlı üç jurnalist təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Səidə Şəfiinin hara aparılması barədə məlumat verilməsə də, Mehrnuş Zareinin Tehranın “Evin” həbsxanasına köçürüldüyü məlum olub.
Məlika Haşiminin isə yanvarın 21-də həbs olunaraq naməlum yerə aparıldığı və həbs səbəbləri barədə açıqlama verilmədiyi bildirilir.

Geri qayıt