Türkiyədə zəlzələ qurbanlarının sayı artdı

Türkiyədə zəlzələ qurbanlarının sayı artdı Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 45 089 nəfər həyatını itirib.
Mərkəzi Kahramanmaraş olan zəlzələdən sonra ard-arda 11 020 təkan meydana gəlib.
Xilasetmə personalından ibarət ümumilikdə 6 368 axtarış-xilasetmə qrupu bölgədə hələ də çalışır.
Nazirliklər, aidiyyəti qurum və təşkilatlar, müxtəlif ölkə və beynəlxalq təşkilatlar tərəfindən zəlzələdən daha çox zərər çəkmiş bölgələrə göndərilən 358 037 çadırın quraşdırılması başa çatdırılıb. 1 915 687 nəfər sığınacaqlarla təmin olunub.

Geri qayıt