Türkiyənin Adıyaman şəhərinin Çelikhan rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
Yenilik.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb. Xatırladaq ki, bu, Türkiyə ərazisində bu gün baş verən ikinci zəlzələdir. Bundan əvvəl Antakyada 4,1 bal gücündə zəlzələnin baş verdiyi barədə xəbər yayılıb.