İranda müəllimlər kütləvi etiraz aksiyalarına çağırış ediblər

İranda müəllimlər kütləvi etiraz aksiyalarına çağırış ediblər İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası martın 7-də kütləvi etirazlara çağırış edib.
Yenilik.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
“Biz, etirazçılar, bioloji təzyiqlərə və vətəndaşların, xüsusən də şagirdlərin həyatına təhdidlərə son qoyulmasını tələb edirik”, - deyə çağırışda bildirilib.
Bununla yanaşı, 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı aksiyaların keçiriləcəyi ilə əlaqədar olaraq müxtəlif qurumların bəyanatları yayılıb.


Geri qayıt