Qoyunlar 12 gün dayanmadan dövrə vurdu

Hər kəsi, xüsusən də çobanları şoka salan bu qəribə vəziyyətə səbəb kimi əvvəlcə bakterial xəstəlik göstərilsə də, heyvanların tamamilə sağlam olduğunun üzə çıxması vəziyyətin müəmmasını daha da artırıb.
İngiltərədəki Hartpuri Universitetinin Kənd Təsərrüfatı Fakültəsindən professor Mett Bell bu sirli davranışların səbəbi barədə elmi fikir irəli sürüb.
Alimin sözlərinə görə, bəzi heyvanlar daim dar bir sahədə sıxışdıqları vaxt qəzəblənərək bu cür davranırlar. O, ehtimal edib ki, qoyunlar da uzun müddət eyni bölgədə olduqları üçün qəzəbli olublar. Bir neçə qoyunun başlatdığı “fəaliyyət” isə sonradan “sürü psixologiyasına” uyğun olaraq davam edib.