Astanada qar yağıb

Bəzi insanların avtomobil əvəzinə at sürdüyü görüntülər sosial mediada gündəm olub. Aprelin ortalarında yağan qar yay təkərinə keçən sürücülərə də mənfi təsir edib.
Son 24 saat ərzində yollarda 144 yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər yaralanıb.
Paytaxtda yağan qarın sabaha qədər davam edəcəyi, aprelin 19-dan temperaturun qəfil yüksələcəyi açıqlanıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar ölkədə 15 avtomobil yolu nəqliyyatın hərəkətinə bağlanıb.