Qulaqağrısı ilə xəstəxanaya getdi, həkim isə pinsetinə hücum çəkən hörümçək gördü

Çinli qadın qulağında ağrı və daimi küylə bağlı həkimlərə şikayət edib. Həkimlər endoskopik müayinə zamanı orada yalançı qulaq pərdəsi aşkar ediblər. Diqqətlə araşdırdıqda isə bunun əslində hörümçək toru olduğu ortaya çıxıb.
Torun altında isə balalarını qorumaq üçün pinsetə hücum edən hörümçək aşkarlanıb.