İran XİN-in saytına haker hücumu edildi

<p>İran XİN-in saytına haker hücumu edildi</p> İran Xarici İşlər Nazirliyinin rəsmi saytı haker hücumuna məruz qalıb.
“Qafqazinfo” İran mediasına istinadən xəbər verir ki, nazirliyin saytı hücum səbəbindən bir müddət işləməyib. 
Hadisədən sonra XİN-in saytında ana səhifədə “Xameneyiyə ölüm, yaşasın Rəcəvi” sözləri yazılıb. Bununla yanaşı, bir qrup haker İran XİN-in bir çox məxfi sənəd və materiallarını, eləcə də nazirlik əməkdaşlarının şəxsi məlumatlarını ələ keçirdiklərini iddia edib. 
İran XİN-in rəsmi nümayəndəsi Naser Kənani isə nazirliyin məxfi sənədlərinin ələ keçirilməsi barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, yalnızca saytın interfeysi haker hücumuna məruz qalıb.
O bildirib ki, bütün lazımi tədbirlər görülüb və sayt artıq istifadə üçün açıqdır.

Geri qayıt