Sinan Oğan bu gün Ərdoğanı dəstəkləyəcəyini elan edə bilər

Sinan Oğan bu gün Ərdoğanı dəstəkləyəcəyini elan edə bilər "Ata" siyasi blokundan Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan bu gün mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini bəyan edə və daha əvvəl respublikanın indiki rəhbəri ilə görüşdə müzakirə etdiyi beş bəndlik sənədi imzalaya bilər.
Bu barədə "Hürriyet" qəzeti mənbələrə istinadən yazır. Məqalədə deyilir:

"Aldığımız məlumata görə, Sinan Oğan bu gün prezident Ərdoğanı seçkilərin ikinci turunda dəstəkləyəcəyini açıqlayacaq. Terror təşkilatlarını dəstəklədiyi üçün Kılıçdaroğlunu dəstəkləməyəcəyini bəyan edəcək. Oğan bazar ertəsi yalnız açıqlama verməyəcək, prezident Ərdoğanla müzakirə etdiyi məqamları da açıqlayacaq.

Bu məqamlar: Konstitusiyanın ilk dörd maddəsinin dəyişdirilməməsi. Türk kimliyinin Konstitusiyadan çıxarılması cəhdlərinin qarşısının alınması, hər cür terror təşkilatı və terrorizmlə mübarizə, sığınacaq axtaran şəxslərin plana uyğun olaraq mərhələli şəkildə deportasiyası, iqtisadi siyasətin beynəlxalq bazarlara uyğun inkişafı və faiz siyasətində daha çox çeviklik”.
Geri qayıt