Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi başlayıb.
Yenilik.az xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində baş tutub. Ərdoğan TBMM-ə gələrkən Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri Dövlət Baxçalı tərəfindən rəsmi mərasimlə qarşılanıb.