Bu ölkədə mer timsahla evləndi - VİDEO

Bu ölkədə mer timsahla evləndi - VİDEO Meksikada bir şəhərin meri Viktor Hüqo Sosa əcdadlardan qalma ritualı canlandıraraq Alisiya Adriana adlı timsahla evlənib.
Lent.az “Sky News”a istinadən xəbər verir ki, San Pedro Huamelula qəsəbəsindəki bu heyvan ənənəvi olaraq şahzadə qız adlandırılır.
Sosa adlı kişi nikah mərasimində timsahı sevdiyini və buna görə xoşbəxt olduğunu bildirib.
Bu sürünən heyvana ağ gəlinlik paltarı, duvaq və digər toy bəzəkləri geyindirilib.
Geri qayıt