Tramp prezident seçkiləri ilə bağlı debatlarda iştirak etməyəcək

“Mən səsvermədə ikinci olan başqa bir namizəddən 50 bal irəlidəyəm. İnsanlar bilir ki, bu, rekorddur. O zaman niyə debatda iştirak etməliyəm?”, - deyə siyasətçi özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, 2024-cü il seçkilərində yeni Amerika lideri postuna Respublikaçılar Partiyasından namizədlərin ilk debatı avqustun 23-də keçiriləcək. Daha əvvəl Tramp qələbə şansının “100%-ə yaxın” olduğunu bildirmişdi.
ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.