“Mən Putinin piyadasıyam” — Ramzan Kadırov

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi fikirlərini teleqram kanalında paylaşıb.
“Mən Rusiya Ali Baş Komandanının piyadasıyam və özümə aid deyiləm. Mən dinə, vətənə, onun mənafeyinə mənsubam”, - deyə o vurğulayıb.
Kadırov qeyd edib ki, Putinin istənilən əmrini, hətta onun üçün faciəli sonluqla nəticələnsə belə, yerinə yetirməyə hazırdır.