XANKƏNDİDƏ “ZİRZƏMİDƏ GİZLƏNƏN” QADIN BELƏ İFŞA OLDU -VİDEO

XANKƏNDİDƏ “ZİRZƏMİDƏ GİZLƏNƏN” QADIN BELƏ İFŞA OLDU -VİDEO “Dojd” telekanalı Xankəndidə guya zirzəmidə gizlənən erməni qadınla müsahibə yayıb. Müsahibədə guya zirzəmidə gizləndiyini deyən qadın çəkiliş getdiyini unudaraq ekrana gülərək çıxır, daha sonra isə çəkiliş getdiyini xatırlayaraq üzü qəmgin, kədərli hal alır. Həmçinin maraqlıdır ki, qadın zirzəmidə gizləndiyini desə də ətrafdan heç bir səs gəlmir, üstəlik internet bağlantısı zaman da əlaqə yüksək səviyyədə davam edir. Telekanalın guya zirzəmidə qalan qadınla müsahibəsinin açıq-aşkar saxtakarlıq olduğu hiss olunur.
Tribunainfo.az yazır ki, ekspert Əkrəm Həsənov sözügedən görüntüləri paylaşaraq qeyd edib ki, ümumən həm Qərbin, həm də Rusiyanın liberalları (“Dojd” da bu yönümlü kanaldır) ikiyüzlü yanaşma nümayiş etdirirlər:
“Zelenski deyəndə ki, Ukrayna ərazisindəki separatçılar ya Ukrayna vətəndaşı olaraq yaşamalı, ya da Rusiyaya getməlidir – səsi çıxan yoxdur. Biz eyni şeyi ermənilərə münasibətdə söyləyəndə – üstümüzə gəlirlər. Axı niyə Ukraynada, Gürcüstanda, İspaniyada və s. separatçılıq pisdir, Azərbaycanda isə yaxşıdır?”.

Geri qayıt